"İnter"in yeni transferi Romelu Lukaku geyinəcəyi forma nömrəsini seçib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Belçika millisinin üzvü "neradzurra"nın yeni "9 nömrəsi" olacaq.

Halbuki bu nömrə hələ də komandada olan Mauro İkardiyə məxsus idi. Milan təmsilçisi bununla argentinalının qalmayacağını göstərib. İkardinin "Yuventus" və ya "Napoli"yə transferi gözlənilir.

Qeyd edək ki, "İnter"lə 5 illik müqavilə bağlayan Lukakunun illik maaşı 7 milyon avro olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest