"Sumqayıt"da gözlənilməz ayrılıq baş verib. Müdafiəçi Adil Nağıyevlə yollar ayrılıb. Belə ki, 23 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Halbuki Nağıyev "gənclik şəhəri" təmsilçisinə bu ilin əvvəlində "Zirə"dən keçmişdi.

"Sumqayıt"da gözlənilməz ayrılıq baş verib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, müdafiəçi Adil Nağıyevlə yollar ayrılıb.

Belə ki, 23 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Halbuki Nağıyev "gənclik şəhəri" təmsilçisinə bu ilin əvvəlində "Zirə"dən keçmişdi.

Qeyd edək ki, Nağıyevə qədər "Sumqayıt" Elvin Məmmədov, Cavid Tağıyev, Rəşad Əzizli, Nicat Qurbanov, Yusif Nəbiyev, ülvi İskəndərov və Əli Babayevlə vidalaşmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest