"Atletik"in hücumçusu Ariz Aduriz karyerasını bitirəcəyi vaxtı müəyyənləşdirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 38 yaşlı forvard daha bir il futbol oynamaq niyyətindədi.

Aduriz yerli mətbuata açıqlamasında qarşıdakı mövsümü də Bilbao klubunun heyətində keçirəcəyini və gələn ilin yayında butslarını mıxdan asacağını bildirib.

Qeyd edək ki, Ariz Aduriz 11 il formasını geyindiyi "Atletik"in heyətində 390 oyun keçirib, 171 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest