İngiltərənin "Kristal Pelas" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi digər İngiltərə klubu "Everton"dan Ceyms Makkartini transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı irlandiyalı yarımmüdafiəçi ilə neçə illik müqavilə imzalandığı isə açıqlanmayıb.
 
Makkarti 2013-cü ildən "Everton"un uğurları üçün çalışırdı. O, daha öncə İngiltərədə "Viqan"ın da şərəfini qoruyub. Yarımmüdafiəçi İrlandiya yığmasında 40-dan çox oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest