Son klubu "Vest Hem" olan Endi Kerrollun yeni iş yeri məlum olub. Matc.az xəbər verir ki, 30 yaşlı ingilis hücumçu "Nyukasl" klubuna transfer olunub. 
 
Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Azad agent statusu daşıyan Kerroll yeni klubu ilə 1 illik müqavilə imzalayıb.
 
"Nyukasl"ın yetirməsi olan Kerroll, 2011-ci ildə 41 milyon avro qarşılığında "Liverpul"a transfer olunmuşdu. 2013-cü ildə "Vest Hem"ə keçən 30 yaşlı hücumçu, 8 il sonra yenidən "Nyukasl"a qayıdıb.
 
Kerroll ötə mövsüm "Vest Hem"də 14 oyuna çıxıb, 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest