İngiltərənin "Nyukasl" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Fransanın "Amyen" klubundan Emil Kraftı transfer edib.
 
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. İsveç yığmasının sağ cinah müdafiəçisi yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.
 
2014-cü ildən İsveç millisində çıxış edən futbolçu "Amyen"ə 2018-ci ildə "Bolonya"dan transfer olunmuşdu. O, daha öncə ölkəsində "Laqans", "östers" və "Helsinqborq" klublarında oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest