İngiltərənin "Sauthempton" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Almaniyanın "Auqsburq" klubunun müdafiəçisi Kevin Dansonu heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı futbolçu bir illik icarəyə götürülüb.
 
"Auqsburq"un öz yetirməsi olan Danso, 2017-ci ildən etibarən Bundesliqa təmsilçisinin əsas komandasında 40-dan çox oyuna çıxıb, 3 qola imza atıb. Gənc mərkəz müdafiəçisi Avstriya yığmasında da 6 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest