Növbəti mövsümə hazırlığı davam etdirən "Sumqayıt" bu gün daha bir yoxlama oyunu keçirəcək. Matc.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdığı kollektiv Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilə qarşılaşacaq.
 
Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək qarşılaşmaya saat 18:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest