çin millisinin baş məşqçisi Marçello Lippi vəzifəsindən ayrılmaq qərarına gəlib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, italiyalı mütəxəssis yeni müqavilə təklifini qəbul etməyib.

O, yanvar-fevral aylarında keçiriləcək Asiya Kuboku turnirindən sonra postunu tərk edəcək. 70 yaşlı çalışdırıcı bunu vətəninə dönmək və ailəsi ilə vaxt keçirmək istəyi ilə əlaqələndirib.

Qeyd edək ki, 2016-cı ildən çin yığmasına rəhbərlik edən Lippinin illik maaşı 23 milyon avrodu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest