"Liverpul"un qapıçısı Alisson Beker bir müddət komandadan ayrı qalacaq. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, qolkiper Premyer Liqanın I turu çərçivəsində "Norviç"lə (4:1) dünən keçirilən qarşılaşmada xəsarət alıb.

Sağ ayaq baldır əzələsindən zədələnən Braziliya millisinin üzvü həkim müayinəsindən keçib. 26 yaşlı qapıçıda əzələ yırtılması şübhəsi var. Bu səbəbdən onun təxminən 4-6 həftə komandadan uzaq düşməsi ehtimal edilir.

Qeyde edək ki, Alisson zədə ucbatından Avropa Superkubokunda "çelsi" ilə oyunu buraxacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest