17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq futbolçusu Murat Cem Akpınar klubunu dəyişib. 20 yaşlı yarımmüdafiəçi qarşıdakı mövsümü "Hekimoğlu Trabzon" klubunda keçirəcək.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq futbolçusu Murat Cem Akpınar klubunu dəyişib. Matc.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi qarşıdakı mövsümü "Hekimoğlu Trabzon" klubunda keçirəcək.

Müqavilə ilə "Trabzonspor"a məxsus olan gənc futbolçu II liqa təmsilçisinə birillik icarəyə verilib. Akpınar hədəfinin "Hekimoğlu Trabzon"da inkişaf etmək və bir ildən sonra "Trabzonspor"a qayıdaraq əsas heyət üzvünə çevrilmək olduğunu bildirib.

Qeyd edək ki, hələ də əsas milli ilə bağlı seçimini etməyən Murat Cem Akpınar ötən mövsüm "Trabzonspor"un heyətində 9 oyunda 1 qol, 1 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest