İngiltərə Premyer Liqasının I turu "Mançester Siti"nin hücumçusu Rahim Sterlinq üçün əlamətdar olub. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 24 yaşlı futbolçu "Vest Hem"lə səfər görüşündə het-trikə imza atıb.

Belə ki, Sterlinq 51, 75 və 90+2-ci dəqiqədə rəqib qapısına yol tapıb. İngiltərə millisinin üzvü Premyer Liqa tarixində açılış turunda het-trik edən 8-ci oyunçu olub. Sonuncu dəfə 2010-11 mövsümündə Didye Droqba "çelsi"nin heyətində buna nail olmuşdu.

Qeyd edək ki, "Vest Hem" - "Mançester Siti" qarşılaşması qonaqların 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest