"Bavariya" ciddi itki ilə üzləşib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, yarımmüdafiəçi Tiaqo Alkantara sıradan çıxıb.

Almaniya kubokunda "Redinqhauzen"lə qarşılaşmada zədələnən ispaniyalı bu gün tibbi müayinədən keçib. Məlum olub ki, 27 yaşlı orta sahə oyunçusu dopuq nahiyəsindən xəsarət alıb. Dəqiq diaqnoz qoyulmasa da, onun bir neçə həftə komandadan ayrı qalacağı bildirilib.

Qeyd edək ki, "Bavariya" zəif rəqibi üzərində 2:1 hesablı qələbə qazanaraq mərhələ adlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest