İngiltərənin "Şeffild Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi hollandiyalı qapıçı Mixael Verripsi transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Son mövsümü Belçikanın "Mexelen" klubunda keçirmiş 23 yaşlı qolkiperlə 4 illik müqavilə imzalanıb.
 
"Tvente"nin yetirməsi olan Verrips, karyerası ərzində Rotterdam "Sparta"sının, "Maastrixt"in də şərəfini qoruyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest