"Barselona"nın kapitanı Lionel Messi məşqlərə başlayıb. Matç.az saytı xəbər verir ki, bu barədə məlumatı klub tvitter səhifəsi vasitəsilə yayıb.

Bildirilib ki, artıq sağalan argentinalı superulduz fərdi məşqlər edir. Oktyabrın 20-də La Liqanın IX turu çərçivəsində "Sevilya" ilə keçirilən qarşılaşmadan sonra qol sümüyündə qırıq aşkarlanan 31 yaşlı oyunçunun 3 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanmışdı.

Qeyd edək ki, Lionel Messinin aktivində cari mövsüm 7 qol, 5 məhsuldar ötürmə var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest