Futbol üzrə Azərbaycan millisinin üzvü Eddi İsrafilov formasını geyindiyi "Alkorkon" klubundan ayrılıb. Matc.az xəbər verir ki, bu barədə İspaniyanın "Marca" nəşri məlumat yayıb. 
 
27 yaşlı yarımmüdafiəçi yeni mövsümdən digər Sequnda təmsilçisi "Albasete" klubunda çıxış etməyə yaxındı. Artıq millimizin üzvü sözügedən klubla böyük ölçüdə razılığa gəlib. İsrafilovun transferinin yaxın zamanda rəsmən açıqlanması gözlənilir.
 
"Mursiya"nın yetirməsi olan Eddi, müəyyən vaxtlarda "Kadis", "Eybar", "Qranada", "Kordoba" kimi klublarda forma geyinib. O, Azərbaycan millisində 10 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest