Avropa Liqasının qrup mərhələsinin II turunda "Qarabağ" "Arsenal"ı (İngiltərə) qəbul edəcək. Matç.az xəbər verir ki, bu qarşılaşma Azərbaycan təmsilçilərinin avrokuboklarda futbolun yaradıcıları ilə 5-ci görüşüdü.

İndiyədək yalnız bir komandamız  – "Qarabağ" ingiltərəlilərlə qarşılaşıb. Əvvəlki 4 matç iki duel çərçivəsində baş tutub.

2014/15 mövsümündə Avropa Liqasının qrupunda Ağdam klubunun yolu "Tottenhem"lə kəsişib. Britaniyalılar hər iki matçda qalib gəlib – 3:1, 1:0.

3 il sonra digər London klubu "çelsi" "Qarabağ"a rəqib olub. Bu dəfə çempionlar Liqasının qrupunda baş tutan oyunlar ingilislərin böyük hesablı qələbələri ilə nəticələnib – 6:0, 4:0.

Londonun daha bir klubu ilə sınağa qədər 4 dəfə ingiltərəlilərlə görüşən "Qarabağ" bütün matçlarda uduzub. Hesabında 1 qol olan təmsilçimiz 14 top buraxıb.

 

2014/15 mövsümü, Avropa Liqası

Qrup mərhələsi

 

17.09.2015. "Tottenhem" (İngiltərə) – "Qarabağ" - 3:1

26.11.2015. "Qarabağ" - "Tottenhem" (İngiltərə) - 0:1

 

2017/18 mövsümü, çempionlar Liqası

Qrup mərhələsi

 

12.09.2017. "çelsi" (İngiltərə) - "Qarabağ" - 6:0

22.11.2017. "Qarabağ" - "çelsi" (İngiltərə) - 0:4

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest