Bu gün UEFA Superkubokunun qalibi bəlli olub. Matc.az saytının məlumatına görə, Türkiyənin İstanbul şəhərində keçirilən qarşılaşmada ötən mövsüm avrokubokun qalibi olan komandalar üz-üzə gəlib.

Belə ki, İngiltərə derbisində Çempionlar Liqasını qazanan “Liverpul”la Avropa Liqasında zəfər əldə edən “Çelsi” ilə qarşılaşıb. 6-cı dəfə Superkubok oyununda meydana çıxacaq “Liverpul” 4-cü dəfə bu kuboku muzeyinə aparmaq niyyətindəydi.

"Çelsi" isə 4-cü sınağına çıxıb. Londonlular da rəqibi kimi, 2 dəfə həlledici görüşdə məğlub olmuşdu. "Liverpul" 14, "Çelsi" isə 21 illik Superkubok həsrətinə son qoymaq əzmindəydi.

Matçın nəticəsindən asılı olmayaraq, kubok 14 ildən sonra İngiltərəyə aparılacaqdı. Eyni zamanda ispanların 5 illik hegemonluğuna son qoyulacaqdı.

Oyuna gəlincə, tərəflər 90 dəqiqə ərzində hərəyə bir dəfə fərqləniblər. Bu üzdən əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxt da bərabərliklə başa çatıb. Penalti seriyasında isə 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "Liverpul" UEFA Superkubokunun qalibi olub.

 

UEFA Superkuboku
14 avqust

“Liverpul” (İngiltərə) – “Çelsi” (İngiltərə) 2:2 (penaltilər 5:4)
Qol: Sadio Mane, 48; 95 - Olivye Jiru, 36. Jorjinyo, 101-pen.

Baş hakim: Stefani Frappar (Fransa)
İstanbul. “Vodafon Park” stadionu

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest