"Barselona"nın əfsanəvi futbolçusu Rivaldo həmyerlisi Neymarın "Real"a mümkün transferinə münasibət bildirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "sambaçı" Neymarın bu addımı atmasında qeyri-adi heç nə görmür.

Rivaldo bildirib ki, bu keçid reallaşarsa, xəyanət sayılmaz: "Neymarın "Real"a keçidi mənim üçün xəyanət olmaz. Çünki o, "Barselona"nı PSJ üçün tərk etmişdi və "Real"a Fransa klubundan keçmiş olacaq. Bu, birbaşa əzəli rəqibdən transfer deyil. Təbii ki, mən də onun "Barselona"ya qayıtmasini istərdim. Xoşbəxt olduğu yerə dönmək Neymarın da xeyrinə olar".

Qeyd edək ki, "Barselona" Neymar üçün PSJ-yə 100 milyon avro, həmçinin Filipp Koutinyo və İvan Rakitiçi təklif edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest