"Roma"nın yarımmüdafiəçisi Stiven Nzonzi karyerasını Türkiyədə davam etdirməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu "Qalatasaray"a keçməyə yaxındı.

Fransa millisinin üzvü "cim-bom"la danışıqları müsbət yekunlaşdırıb və şəxsi razılıq əldə olunub. Artıq klublar da ortaq məxrəcə gəliblər. İlkin razılığa əsasən, 30 yaşlı oyunçu 2019-20 mövsümünü icarə əsasında Türkiyə çempionunda keçirəcək. Onun yeni komandasında illik məvacibinin 3-4 milyon avro olması gözlənilir.

Nzonzi yaxın günlərdə İstanbula yollanaraq, "Qalatasaray"la münasibətləri rəsmiləşdirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest