Almaniyanın "Borussiya" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Münhenqladbax təmsilçisi Fransanın "Renn" klubundan Rami Bensebaini transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
 
"Borussiya" Əlcəzair millisinin də formasını geyinən Bensebainin transferi üçün qarşı tərəfə 8 milyon avro ödəyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest