Avstriyanın "Zalsburq" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, sözügedən klub İspaniya təmsilçisi "Sevilya"dan Maksimilian Vöberi transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
 
Avstriya yığmasının da şərəfini qoruyan Vöber Vyana "Rapid"inin yetirməsidi. O, 2017-ci ildə Hollandiyanın "Ayaks" klubuna transfer olunub. Bu ilin yanvarından etibarən isə o, "Sevilya"da çıxış edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest