İtaliyanın "Roma" klubu gənc ulduzu Nikolo Zaniolo ilə müqavilənin müddətini uzadıb. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi rəsmi saytı vasitəsilə yaydığı məlumatda 20 yaşlı yarımmüdafiəçi ilə müddəti 2024-cü ildə başa çatacaq yeni müqavilə imzalandığını bəyan edib.
 
ötən mövsüm "İnter"dən Raca Naynqqolanın transferi qarşılığında "Roma"ya verilən gənc futbolçu "canavarlar"ın heyətində sərgilədiyi oyunla Avropa nəhənglərinin diqqət mərkəzinə düşmüşdü. Bu üzdən də "Roma" onunla yeni müqavilə bağlamaq məcburiyyətində qalıb.
 
İtaliya mətbuatının yazdığına görə, yeni müqaviləyə əsasən illik qazancı 700 min avro olan futbolçu bundan sonra ilinə 2,5 milyon alacaq. 
 
Zanilo ötən mövsüm "Roma"nın heyətində 36 oyuna 6 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest