"Əlbəttə, yeni mövsümə uğurlu start vermək istəyirik. Klub olaraq əsas məqsədimiz isə çempionatda hansı yeri tutmağımızdan asılı olmayaraq, milliyə futbolçu verməkdi. Bizim ən ümdə missiyamız budu"

"Deyə bilərəm ki, komanda yeni mövsümə tam hazırdı. Ötən mövsümə "Qəbələ" ilə kubokun final oyununda yekun vurmuşduq, Premyer Liqaya da "Qəbələ" ilə oyunla başlayırıq". Matc.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın prezidenti Riad Rəfiyev deyib. O, yeni mövsüm, yeni transfer barədə danışıb, əsas məqsədlərinin nə olduğunu da açıqlayıb:

"Deməzdim ki, Premyer Liqanın "Qəbələ" ilə ilk oyunu bizim üçün revanş olacaq. Kubokun finalında onlara məğlub olmuşduq. Ancaq bu mövsüm də bir neçə dəfə qarşılaşacağıq. "Qəbələ"nin zəiflədiyini düşünmürük. Əksinə, heyətlərinə yaxşı futbolçular dəvət ediblər. 3 xalı qazanmaq üçün əlimizdən gələni əsirgəməyəcik.

Əlbəttə, yeni mövsümə uğurlu start vermək istəyirik. Klub olaraq əsas məqsədimiz isə çempionatda hansı yeri tutmağımızdan asılı olmayaraq, milliyə futbolçu verməkdi. Bizim ən ümdə missiyamız budu".

Rəfiyev yeni transfer Mehdi Şərifinin İran mətbuatına verdiyi müsahibədə "Sumqayıt"a Azərbaycanda daha güclü kluba getmək üçün gəlmişəm" dediyi fikirdə neqativ görmədiyini bildirib:

"Aydın məsələdi ki, hər bir futbolçu daha güclü, daha çox maaş verən klubda oynamaq istəyir. Bu mənada Mehdinin açıqlamasında pis bir şey axtarmaq düzgün deyil. Futbolçu da insandı, ailəsi var, daha çox pul qazanmaq, yaxşı yaşamaq istəyir və bu onların haqqıdı. Bizim Mehdidən gözləntilərimiz çox böyükdü. Güclü, səviyyəli futbolçudu, İranın ən güclü klublarında oynayıb. İnanıram ki, Azərbaycanda etimadı doğruldacaq". sportinfo.az

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest