Fransa Futbol Federasiyası “Monako” klubunun yarımmüdafiəçisi Sesk Fabreqası 3 oyunluq cəzalandırıb. Matc.az xəbər verir ki, cəzaya ispaniyalı futbolçunun Liqa 1-in 1-ci turu çərçivəsində Lion “Olimpik”i ilə oyunda qırmızı vərəqə alması səbəb olub. 
 
Təcrübəli futbolçu rəqib komandanın üzvü Leo Dyubuaya qarşı çox kobud hərəkətinə görə meydandan qovulmuşdu.
 
Fabreqas La Liqanın qarşıdakı turlarında “Mets”, “Nim” və “Strasburq”la oyunlarda komandasına kömək edə bilməyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest