Futbol üzrə UEFA Super Kuboku uğrunda “Çelsi”yə qarşı oyun “Liverpul”un baş məşqçisi Yurgen Klopp üçün yubileylə əlamətdar olub. Matc.az xəbər verir ki, bu qarşılaşma 52 yaşlı mütəxəssisin karyerasında 800-cü oyunu kimi tarixə düşüb.
 
Klopp məşqçilik karyerasına “Maynts”da başlayıb və bu klubu 7 il çalışdırıb. O, bu komandanı meydana çıxardığı oyunların cəmi 40 faizində qələbə qazanıb və heç bir titul əldə etməyib. Daha sonra o, Dortmund “Borussiya”sında işləməyə başlayıb. Bu komandada da 7 il çalışan mütəxəssis dortmundluları meydana çıxardığı oyunların 56 faizində qələbəyə sevinib. Klopp “Borussiya”nı iki dəfə Almaniya çempionu edib, ölkə kubokunu və super kubokunu qazanıb, həmçinin Çempionlar Liqasının finalına çıxarıb.
 
2015-ci ildən isə bu mütəxəssis “Liverpul”un uğurları üçün çalışır. Bu komandanı meydana çıxardığı oyunların 57 faizindən qalib ayrılan məşqçi, geridə qalan mövsümdə ÇL-in qalibi adını qazanmışdı. Onun 800-cü oyununda isə “Çelsi”ni penaltilərlə üstələyən yetirmələri UEFA super kubokunu əldə ediblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest