UEFA Superkubokunda "çelsi"ni penaltilər seriyası ilə məğlub edən "Liverpul" 14 illik həsrətə son qoyub. Matc.az saytının məlumatına görə, "qırmızılar" 2005-ci ildən sonra ilk dəfə bu kuboku muzeyinə aparıb.

Premyer Liqa təmsilçisi ümumilikdə 4-cü dəfə Superkubokun qalibi olub ki, bu baxımdan "Real"a çatıb. çünki "kral klubu" da eyni sayda Superkuboka yiyələnib.

"Liverpul" indi yalnız "Barselona" və "Milan"dan geri qalır. Adıçəkilən komandalar 5 dəfə bu titula sahib çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest