İsveç yığmasının sabiq hücumçusu Jiloan Hamad Xorvatiyaya köçüb. 29 yaşlı futbolçu "HNK Qoritsa" klubu ilə anlaşıb. Bu ilin yanvarında "Hammarbü"dən "İnçeon Yunayted"ə keçən ön xətt oyunçusu Cənubi Koreya təmsilçisində çox qalmayıb. Kürd futbolçu "HNK Qoritsa" ilə 2 illik müqavilə bağlayıb.

İsveç yığmasının sabiq hücumçusu Jiloan Hamad Xorvatiyaya köçüb. Matc.az saytı xəbər verir ki, 29 yaşlı futbolçu "HNK Qoritsa" klubu ilə anlaşıb.

Bu ilin yanvarında "Hammarbü"dən "İnçeon Yunayted"ə keçən ön xətt oyunçusu Cənubi Koreya təmsilçisində çox qalmayıb. Kürd futbolçu "HNK Qoritsa" ilə 2 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Jiloan Məhəmməd Hamad 6 noyabr 1990-cı ildə Bakıda anadan olub. İsveçin bütün aşağı yaş qrupu yığmalarında çıxış etmiş hücumçu 2011-2018-ci illərdə əsas millinin heyətində 8 görüşdə meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest