çimərlik futbolu üzrə FİFA referisi İnqilab Məmmədov növbəti beynəlxalq təyinatını alıb. Matc.az xəbər verir ki, o, çimərlik futbolu üzrə Avropa Liqası (Euro Beach Soccer League) turnirinin görüşlərini idarə edəcək.

Həmin turnirin görşləri avqustun 16-dan 18-dək baş tutacaq.

Bu mərhələnin oyunları İtaliyanın Katanya şəhərində keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest