Avqustun ikinci yarısında Premyer Liqanın 2019-20 mövsümünə start veriləcək. Matc.az xəbər verir ki, "Zirə" yeni mövsümün ilk turunda "Səbail"lə qarşılaşacaq.

28-ci Azərbaycan çempionatına səfərdə başlayacaq "Zirə" yüksək dəstədə 5-ci mövsümünə başlayacaq. Komanda 2015-ci ildə debüt etdiyi Premyer Liqada 4 mövsümü arxada qoyub. Bir dəfə vitse-çempion olan "Zirə" iki dəfə 4-cü, bir dəfə 5-ci yeri tutub.

Qəsəbə təmsilçisi arxada qalan mövsümlərdə 120 görüşə çıxıb. Hesabında 47 qələbə və 35 heç-heçə olan komanda 38 dəfə meydandan xalsız ayrılıb. Rəqib qapısına 134 qol vuran zirəlilər 124 top buraxıb. Nəticəsi ləğv olunan, bu səbəbdən də texniki qələbə və texniki məğlubiyyətlə yekunlaşan görüşlər top fərqində nəzərə alınmayıb.

 

2015/16 - 36 17 11 8 42-31 62. II yer

2016/17 - 28 10 9 9 26-26 39. IV yer

2017/18 - 28 12 8 8 36-30 44. IV yer

2018/19 - 28 8 7 13 30-37 31. V yer

Cəmi - 120 47 35 38 134-124 176 -

 

"Zirə" Premyer Liqada keçirdiyi oyunların 60-da ev sahibi, 60-da qonaq olub. öz meydanında daha uğurla çıxış edən "qartallar" doğma divarlar arasında 29 qələbə qazanıb, 16 heç-heçə edib və 15 dəfə uduzub. 18 səfər qarşılaşmasında üç xala sevinən komanda 19 dəfə bərabərliklə kifayətlənibsə, 23 dəfə xalsız qalıb.

 

Evdə - 60 29 16 15 76-66 103

Səfərdə - 60 18 19 23 58-58 73

 

İndiyədək 72 futbolçu "Zirə"nin heyətində Premyer Liqa oyununa çıxıb. Qəsəbə klubunun rekordçusu Adil Nağıyevin hesabında 83 matç var. O, Viktor İqbekoyi və Anar Nəzirovu iki oyun qabaqlayır.

Komandanın vurduğu 134 qoldan 5-nə rəqib avtoqolları səbəb olub. Digər 129 topa isə 34 oyunçu imza atıb. Premyer Liqadakı ən məhsuldar oyunçu Nelson Bonilya 14, Riçard Qadze 10, Milan Duriç və Xulio Sezar Rodriges 8 dəfə fərqlənib.

Premyer Liqada "Zirə"yə üç baş məşqçi rəhbərlik edib. Adil Şükürov 50, Ayxan Abbasov 43 dəfə komandanı meydana çıxarıbsa, indiki çalışdırıcı Samir Abasov 27 dəfə kluba başçılıq edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest