Futzal üzrə Yüksək Liqada keçirilən VII turun "Neftçi" İK – "Yasamal" FK oyunu birincilər üçün əlamətdar olub. Matç.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, matçı qalib başa vuran "Neftçi" Yüksək Liqada 150-ci uğurunu yaşayıb.

11 mövsümdü elitada mübarizə aparan paytaxt klubu indiyə qədər 217 oyun keçirib.

"Yasamal"la qarşılaşmaya qədər 149 qələbə sevinci yaşayan İlqar Aslanovun yetirmələri yubileyini qeyd edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest