İspaniyanın "Selta" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, La Liqa təmsilçisi Fransanın "Olimpik" (Lion) klubunun yarımmüdafiəçisi Pape Şeyx Diopu heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Seneqal əsilli ispaniyalı futbolçu 1 illik icarəyə götürülüb. Mövsümün sonunda İspaniya klubu fransızlara 9 milyon avro ödəmək şərti ilə bu futbolçunun transfer hüquqlarını da ala bilər.
 
"Selta"nın yetirməsi olan yarımmüdafiəçi 2017-ci ildə 10 milyon avro qarşılığında Lion klubuna keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest