"Liverpul"un UEFA Super Kuboku uğrunda "çelsi"yə qarşı keçirdiyi oyun (2:2, penaltilər 5:4) Mersisayd təmsilçisinin baş məşqçisi Yurgen Klopp üçün əlamətdar olub. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis UEFA Super Kubokunu qazanan ilk alman baş məşqçi kimi tarixə düşüb.
 
Kloppdan əvvəl Almaniyadan olan 5 mütəxəssis UEFA Super Kuboku matçına vəsiqə qazansa da, hamısı uğursuz olub.
 
Qeyd edək ki, "çelsi" ilə oyun Kloppun məşqçilik karyerasındakı 800-cü matç kimi yaddaqalan olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest