Türkiyənin "Dənizlispor" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa klubu geridə qalan mövsümü "Trabzonspor"da keçirən yarımmüdafiəçi Olcay Şahanı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 32 yaşlı futbolçu yeni klubu ilə 1 illik müqavilə bağlayıb.
 
Almaniyada anadan olan Olcay, Münhenqladbax "Borussiya"sının yetirməsidi. O, daha sonra bu ölkədə "Duysburq" və "Kayzerslautern" klublarında da forma geyinib. 2012-ci ildə isə hücumameylli yarımmüdafiəçi "Beşiktaş"a transfer olunub. 5 il bu klubun uğurları üçün çalışan Olcay, 2017-ci ildən "Trabzonspor"da gorma geyinirdi. Türkiyə yığmasında 27 oyun keçirən Şahan, 2 qolla yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest