Ukrayna kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. Matç.az saytının məlumatına görə, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Vorskla" da mübarizə aparıb.

Poltava təmsilçisinin bu mərhələdəki rəqibi "çernomorets" olub. Taras Sakivin 60, Karekanın isə 63-cü dəqiqədə vurduğu qola odessalılar cəmi 1 topla cavab verə biliblər.

Nəticədə 2:1 hesablı qələbə qazanan "Vorskla" 1/4 finala adlayıb. Bu mərhələnin püşkatması noyabrın 2-də keçiriləcək. Qarşılaşmalar isə gələn il oynanılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest