"Rəqib əks-hücumlarda çox yaxşı idi, sürətli futbolçuları var. Bu gün müdafiə futbolu oynamağımız mümkün deyildi, qol vurmalıydıq. Hücuma atıldıq, onlar da boşluqlarımızdan istifadə etdilər"

"Neftçi"nin futbolçusu Rəhman Hacıyev İsraildə "Bney Yehudaya"uduzaraq (2:1), mübarizəni dayandırdıqları Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçından jurnalistlərin suallarını cavablandırdı...

- Oyun barədə nə deyə bilərsən?

- İlk matçda öz evimizdə 2:2 oynadıq və rəqibə böyük üstünlük verdik. Ağır oyun olacağını bilirdik. Bizə qələbə lazım idi. Buna görə də hücuma atılmışdıq. Rəqib əks-hücumdan istifadə edib, hesabı açdı. Bundan sonra işimiz daha da çətinləşdi. Boşluqlarımız çox oldu, rəqib də onlardan istifadə edib, qollar vurdu. Əziyyət çəkib, bura kimi gəlmişdik, artıq oldu, bitdi, qarşıya baxmaq lazımdı. çempionatı düşünməliyik.

- "Bney Yehuda" hər iki görüşdə öz oyununu diktə etdi. Bakıdakı matçdan sonra gözlənilirdi ki, "Neftçi" əks-hücumların qarşısını alacaq, fərqli futbol oynayacaq, ancaq dəyişiklik görünmədi...

- Rəqib əks-hücumlarda çox yaxşı idi, sürətli futbolçuları var. Bu gün müdafiə futbolu oynamağımız mümkün deyildi, qol vurmalıydıq. Hücuma atıldıq, onlar da boşluqlarımızdan istifadə etdilər.

- Fasilədən sonra gözləmək olardı ki, komanda uzaq məsafələrdən zərbələrə üstünlük veriləcək. Sən meydana buraxılanda belə tapşırıq oldu?

- Məşqçinin tapşırıqları təbii ki, var idi, mən də çalışırdım yerinə yetirim. Zərbə vurmaq istəyirdim, ancaq rəqib imkan vermirdi. Buna görə çətinlik çəkirdik.

- ümumiyyətlə, qapıya niyə zərbələr yox idi. İlk zərbə 78-ci dəqiqədə vuruldu...

- çünki rəqib imkan vermirdi. çox kompakt, yaxın oynayırdılar. Qapıya zərbə vurmaq çox çətin idi. Biz kənardan hücum qurmaq istəyirdik. çünki rəqib orta xətti bağlamışdı. İstəyirdik, cinahlardan boşluq tapaq, bu da alınmadı.

- Düşünmürsən ki, "Neftçi" belə komandalara qarşı çox çətinlik çəkir? "Arsenal" fərqli oynayırdı və onlara qarşı hər şey alınmışdı...

- "Arsenal" bunlardan çox güclü komandadı. Oyun alına da bilər, alınmaya da. Bizim futbolumuz bu deyil. Daha yaxşı oynaya bilərdik, ancaq alınmadı. futbolpress.az

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest