"Real"ın sabiq müdafiəçisi Fabio Koentrao karyerasını İtaliyada davam etdirə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Parma" portuqaliyalı oyunçunun xidmətində maraqlıdı.

"Rio Ave"dən ayrıldıqdan sonra azad agent statusu daşıyan 31 yaşlı cinah oyunçusunu A seriya təmsilçisi "transfer pəncərəsi" bağlanana qədər heyətinə qatmaq niyyətindədi. Portuqaliya millisinin müdafiəçisi Bruno Alveşin "Parma"nın kapitanı olması Koentraonun qərarına müsbət təsir edə bilər.

Qeyd edək ki, Fabio Koentrao karyerası ərzində Portuqaliya, İspaniya və Fransada çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest