Mönhenqladbax "Borussiya"sının yarımmüdafiəçisi Florian Noyxaus İtaliyaya köçə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 22 yaşlı futbolçu "Milan"ın transfer gündəmindədi.

"Rossonyerlər" artıq almaniyalı oyunçunun meneceri Kristian Nerlingerlə danışığa başlayıb. "Milan" onu hətta gələn ilin yayında heyətinə qatmağın da əleyhinə deyil. Bu üzdən keçid avqustda reallaşmasa, klublar sentyabrda bir daha görüşəcəklər. Yeganə problem gənclər millisinin sabiq üzvünün "Bavariya"nın da maraq dairəsində olmasıdı.

Qeyd edək ki, Florian Noyxausun "Borussiya" ilə müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest