"Ayaks"ın hücumçusu David Neresin taleyinə aydınlıq gəlib. Matc.az saytı xəbər verir ki, Frenki de Yonq və Matteys de Liqti satan Amsterdam təmsilçisi Nereslə bağlı eyni addımı atmayıb.

22 yaşlı forvard bir neçə nəhəng klubun maraq dairəsində olsa da, Hollandiya təmsilçisində qalmaq qərarına gəlib. Braziliya millisinin üzvü klubla yeni müqaviləyə qol çəkib. O, artıq 2023-cü ilə qədər "Ayaks"a məxsusdu.

Qeyd edək ki, David Neres 2017-ci ildən "Ayaks"ın əsas komandasında çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest