Bu gün Azərbaycan Premyer Liqasının I turunda daha bir oyun keçirilib. Matc.az xəbər verir ki, yeganə görüş ötən mövsüm ölkə kubokunun finalında qarşılaşan "Qəbələ" və "Sumqayıt" arasında olub. 

Oyuna sürətli başlayan qonaqlar ilk yarım saatdaca qarşılaşmanın taleyini həll edib. Son transfer Mehdi Şərifinin dublu "gənclik şəhəri" təmsilçisini 3 xala daşıyıb.

Bununla "Sumqayıt" ilk dəfə Qəbələ səfərindən qalibiyyətlə dönməyi bacarıbsa, "qırmızı-qaralar" ilk dəfə "kimyaçılar"la ev matçında qola həsrət qalıb.

 

17 avqust (şənbə)
"Qəbələ" – "Sumqayıt" - 0:2
Qollar: Mehdi Şərifi, 12, 28

Qırmızı vərəqə: Asif Məmmədov, 84

Qəbələ şəhər stadionu . Hakimlər: Rauf Cabarov, Yaşar Abbasov, Müslüm Əliyev, Rəşad Əhmədov

"Qəbələ": 1. Anar Nəzirov (k), 11. Asif Məmmədov, 8. Qismət Alıyev, 5. Rasim Ramaldanov, 7. Roman Hüseynov, 4. Sadiq Quliyev, 99. Davit Volkov, 21. Fernan Fereyra Lopez, 77. Merab Qiqauri, 10. David Klesio Bauk, 2. Amin Seydiyev

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 6. Kamal Mirzəyev, 28. Murad Musayev, 14. ülvi İsgəndərov, 19. Rövlan Muradov, 20. Faiq Hacıyev, 22. Rüstəm Nuriyev, 15. Vüsal Məsimov, 55. İdris İnqilablı

Baş məşqçi: Zaur Həşimov

"Sumqayıt": 1. Mehdi Cənnətov, 22. Sərtan Taşqın, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 4. Şəhriyar Əliyev, 14. Elvin Bədəlov, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 70. Mehdi Şərifi, 17. Murad Xaçayev, 44. Elvin Cəfərquliyev

Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 9. Amil Yunanov, 2. Rail Məlikov, 11. Elgün Nəbiyev, 97. Xəyal Nəcəfov, 7. Ehtiram Şahverdiyev, 25. Baxşəli Baxşəliyev, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə

Baş məşqçi: Ayxan Abbasov

 

Qeyd edək ki, turun digər oyunlarından "Səbail" - "Zirə" matçı sabah, "Neftçi" - "Sabah" dueli isə avqustun 19-da olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest