"Zirə"nin 11 yaşadək futbolçulardan ibarət komandası yoxlama oyununa çıxıb. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda İranın Ərdəbil şəhərini təmsil edən "İranian" Futbol Akademiyasından olan həmyaşıdları ilə qarşılaşıb.

Görüş zirəlilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bakılıların qollarını Murad Qurbanov və Fuad Həziyev vurublar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest