PSJ-nin hücumçusu Neymar kollektivə qoşulub. Matc.az saytı xəbər verir ki, bu barədə Paris klubunun baş məşqçisi Tomas Tuxel məlumat verib.

O bildirib ki, "Barselona"ya transferi gündəmdə olan 27 yaşlı superulduz bu gündən etibarən komanda ilə birlikdə məşqlərdə iştirak edir. Lakin Braziliya millisinin üzvü Fransa çempionatının 2-ci turunu da buraxacaq. çünki oyunçu hələ bərpa prosesi keçir.

Qeyd edək ki, PSJ sabah "Renn"in qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest