Azərbaycan Premyer Liqasının ilk turu "Sumqayıt"ın futbolçusu Vurğun Hüseynov üçün əlamətdar olub. Komandasının kapitanı olan müdafiəçi ölkə çempionatlarında 300-cü oyununu keçirib.

Azərbaycan Premyer Liqasının ilk turu "Sumqayıt"ın futbolçusu Vurğun Hüseynov üçün əlamətdar olub. Matc.az saytı xəbər verir ki, komandasının kapitanı olan müdafiəçi ölkə çempionatlarında 300-cü oyununu keçirib.

"Qəbələ" ilə səfər matçında yubiley qeyd edən Vurğun bu müddətdə 8 qol vurub. Karyerasına 2005/06 mövsümündə "Turan"da başlayan arxa xətt oyunçusu bu klubda 82 matça 3 qol vurub. O, sonradan çıxış etdiyi "Qəbələ"də 65 qarşılaşmada 4 dəfə fərqlənib. İndiki klubunda 153 matçda 1 dəfə fərqlənməyə müvəffəq olan Hüseynovun komandası yubiley matçında 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Vurğun Azərbaycan çempionatları tarixində 300 və daha çox oyun keçirən 21-ci futbolçu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest