"Premyer Liqada klubların sayını artıracağıq. Gələn mövsüm heç olmasa, 10 klub olmalıdı". Matc.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
 
"Qəbələ"nin maliyyənin kifayət qədər olmadığını əsas gətirərək 1 diviziondan imtina etməsinə fikir bildirən qurum rəhbəri şimal klubuna kömək etmək gücündə olmadıqlarını dilə gətirib: "Qəbələ"nin çempionatdan imtinaya görə 100 min manat cərimələnəcəyi kodeksdi. Nizamnaməyə əsasən belə də olmalıdı. Bununla bağlı şəxsən Fariz Nəcəfovla da danışmışam. Divizionda iştirakla bağlı onlara hər hansı bir güzəşt eləmək imkanımız da yoxdu. PFL-in büdcəsi nədi ki, "Qəbələ"yə də 250-300 min manat versin". sportinfo.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest