Futbol üzrə İspaniya 2-ci liqasında 2019/20 mövsümünə start verilib. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun yenicə transfer olunduğu "Albasete" də yeni mövsümdə ilk matçına çıxıb.
 
Sözügedən klub səfərdə "Almeriya" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.
 
Baş məşqçinin hələ tam hazır hesab etmədiyi İsrafilov bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest