Futbol üzrə Rusiya Premyer Liqasında 6-cı turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçular Azər Əliyevlə Turqay Möhbalıyevin formasını geyindiyi "Ufa" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Rostov"la üz-üzə gəlib. Başqırdıstan təmsilçisi bu oyundan qələbə ilə ayrılıb – 2:0.
 
Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 62-ci dəqiqədə əvəzlənib. Turqayın adı isə qarşılşmanın iştirak ərizəsinə də daxil edilməyib.
 
"Ufa" 6 turdan sonra 7 xalla 16 kollektiv arasında 10-cu sırada qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest