"Barselona"nın kapitanı Lionel Messinin zədəsi sağalıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı superulduz artıq məşqçilər korpusunun ixtiyarındadı.

Sağ ayaq əzələsindəki ağrılara görə, "Atletik"lə (0:1) çempionatın ilk tur matçını buraxan Leo bu gündən etibarən kollektivlə birlikdə məşqlərdə iştirak edəcək. O, "Betis"lə II tur oyununda meydandakı yerini ala biləcək. Əvəzində Bilbao səfərində zədələnən digər hücumçu Luis Suares qarşıdakı turu buraxacaq.

Qeyd edək ki, "Barselona" - "Betis" görüşü avqustun 25-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest