PSJ klubu Fransa çempionatının 2-ci turu çərçivəsində "Renn"ə məğlub olub. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, Paris təmsilçisi 1:2 hesabıyla uduzmasına baxmayaraq, bu matçda yeni uğura imza atıb. 
 
Belə ki, Tomas Tuxelin rəhbərlik etdiyi kollektiv ölkə çempionatında ardıcıl 40 oyundu ki, ən azı 1 qol vurur. Daha əvvəl bu göstəriciyə 1964-cü ildə "Rasinq" klubu nail olmuşdu. Komanda ardıcıl 40 oyunda fərqlənmişdi.
 
PSJ növbəti turda "Tuluza"ya da qol vursa, Liqa 1-də bu göstəricidəki rekordu təzələyəcək.
 
PSJ – "Tuluza" matçı avqustun 25-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest