Mövsümlərarası fasilədə heyətini gücləndirməkdə davam edən "Albasete" daha bir futbolçu ilə anlaşıb. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, La Liqa2 təmsilçisi "Kadiz"in müdafiəçisi İvan Keçoyeviçi transfer edib.

Yeni komandası ilə 3 illik müqavilə bağlayan monteneqrolu mərkəz müdafiəçisi qərarında yenicə bu komandaya keçən Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun böyük rol oynadığını bildirib: "Təklif gəldikdən sonra Kərim Azamum və Eddi İsrafilovla məsləhətləşdim. Onlar Albasete şəhəri barədə müsbət fikirlər səsləndirdilər. Həmçinin klubda mənim transferimi istədiklərini dedilər. Bu amil seçimimdə həlledici oldu".

Qeyd edək ki, həm Eddi İsrafilov, həm Kərim Azamum, həm də İvan Keçoyeviç fərqli vaxtlarda "Kadiz"in formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest