"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, paytaxt klubu 29 yaşlı hücumçu Rocer Roxas ilə 1 illik müqavilə bağlayıb. 
 
Honduraslı futbolçu karyerası ərzində ölkəsinin "Olimpiya" (2008-14, 2015/16), Səudiyyə Ərəbistanının "Əl-İttifaq" (2014), Meksikanın "Nekaksa" (2014/15) və "Simarrones" (2016/17) klublarında çıxış edib. Onun son komandası Kosta-Rikanın "Alaxuelense" klubu olub.
 
Roxas Honduras millisində 32 oyun keçirib, 3 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest